Bakı. 30 noyabr. REPORT.AZ/ Bazar günü Bakıda şübhəli əşya tapılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
"Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar xəttinə, Bakı şəhəri Nizami rayonunda şübhəli əşyanın olması barədə informasiya verilib.
Hadisə yerinə cəlb olunmuş nazirliyin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən keçirilən əməliyyat-axtarış zamanı təhlükəli əşya aşkar edilməyib.