Bakı. 15 may.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və ona şərti cəza verilib. R.Həsənov məhkəmə zalından azadlığa çıxıb.
Qeyd edək ki, hadisə bu il Yenin Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini R.Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman R.Həsənov bıçaqla A.Quliyevi bıçaqlayıb.
Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən R.Həsənov həbs edilib.