Yuxarı

Bakıda şirkət rəhbəri 217 min dollarlıq dələduzluqda ittiham olunur - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda şirkət rəhbəri dələduzluqda ittiham olunur.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 33 yaşlı Cavan İsmayılov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, carı ilin may ayında “VİP Təmir-Tikinti Quraşdırma” MMC-nin təsisçisi 31 yaşlı Pərviz Quliyev onu aldadaraq şirkətə şərik edəcəyi adı ilə 217 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı araşdırma aparılır.

“VİP Təmir-Tikinti Quraşdırma” MMC-nin təsisçisi Pərviz Quliyev isə “Report”a açıqlamasında C.İsmayılov adlı şəxsə borclu olmadığını bildirib: “Nəinki ona, ümumiyyətlə Azərbaycanda heç kimə borcum yoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi