Bakıda siqaret yanğına səbəb oldu

Bakıda siqaret yanğına səbəb oldu Bakı şəhərində yanğın hadisəsi baş verib.
Hadisə
24 Oktyabr , 2020 09:16
Bakıda siqaret yanğına səbəb oldu

Video əlavə olunub

08:39

Bakı şəhərində yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, səhər saatlarında Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli yaşayış binasının həyətində yerləşən mebel düzəldilən sexdə qəflətən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ərazidə olan elektrik naqilləri partlayıb.

Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, yanğına səbəb siqaret olub.

Son xəbərlər

Orphus sistemi