Bakıda silah-sursat aşkarlanıb
Hadisə
- 13 mart, 2025
- 11:49
Xətai və Sabunçu rayonlarında silah-sursat aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu rayonu ərazisində 1 avtomat silahı və 21 patron tapılaraq götürülüb.
Xətai rayonu ərazisində isə 46 yaşlı kişi tapdığı 1 qumbara, 1 patron darağı və 240 ədəd müxtəlif çaplı patronu polisə təhvil verib.
Araşdırmalar aparılır.
Son xəbərlər
02:27
DÇ-2026: İngiltərə Panamanın qapısına daha bir qol vurub - YENİLƏNİR-4
Futbol02:22
ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib
Region02:07
DÇ-2026: Xorvatiyanın Qana ilə oyunda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol02:05
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr01:49
Abbas Əraqçi İraqa səfər edəcək
Region01:26
Tramp Gömrük Xidmətinin rəhbəri postuna Lens Şroyerin namizədliyini irəli sürüb
Digər ölkələr01:02
Qurban Qurbanov: "Qarabağ" hələ optimal formasından uzaqdır"
Futbol00:37
İsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb
Digər ölkələr00:10