Bakıda sexdə partlayış nəticəsində bir nəfər yaralanıb

Bakıda sexdə partlayış nəticəsində bir nəfər yaralanıb İşçilərdən biri ayağını itirib
Hadisə
24 Yanvar , 2018 04:45
Bakıda sexdə partlayış nəticəsində bir nəfər yaralanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakının Qaradağ rayonunda yerləşən metaləritmə sexində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, müəssisədə qeydə alınan partlayış zamanı 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu xəsarət alıb.

Partlayış o, cihazda işləyən zamanı baş verib. İşçi dizində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun sol ayağı amputasiya edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi