Bakıda sevgilisini öldürməkdə ittiham olunan qadına hökm oxundu

Bakıda sevgilisini öldürməkdə ittiham olunan qadına hökm oxundu Bakı Ağır Cinayətlər Məhkəməsinə qətldə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
11 Sentyabr , 2020 11:06
Bakıda sevgilisini öldürməkdə ittiham olunan qadına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsinə qətldə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Prokuror Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, ailəli olan G.Qasımova sevgi münasibətində olduğu Ramiz Hüseynovu öldürməkdə təqsirli bilinib. 
Hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllədəki evdə yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qasımova Günel Eldar qızı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Son xəbərlər

Orphus sistemi