Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub
Hadisə
- 01 noyabr, 2018
- 08:32
Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
R.İbrahimov cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Son xəbərlər
16:07
Bakıda keçiriləcək AQEM Qadınlar Şurasının ilk iclasının tarixi açıqlanıb
Xarici siyasət16:06
Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
Hadisə16:06
AZAL Novruz və Ramazan bayramları ilə bağlı geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir
İnfrastruktur15:59
Foto
Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib
Fərdi15:58
Rəy
Referenduma hazırlaşan Kiyev – yeni münasibətlər quracaq ABŞ və Rusiya - ŞƏRH
Analitika15:57
Ötən il Azərbaycan Türkiyəyə 12 milyard kubmetrə yaxın qaz nəql edib
Energetika15:56
İtaliya təmsilçisi argentinalı hücumçunun müqaviləsinin müddətini daha 4 il uzadıb
Futbol15:49
Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə15:47
Foto