Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişinin məhkəməsi başlayıb

Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişinin məhkəməsi başlayıb Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
18 Aprel , 2018 11:52
Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişinin məhkəməsi başlayıb
Report

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumtları dəqiqləşdirilib.

Daha sonra onun vəkili cinayət işinin baxışa verilməsinə etiraz edib və istintaq zamanı müvəkkilinin müdafiə hüququnun pozulduğunu bildirib.

F.Şaqaliyev deyib ki, istintaq zamanı onun ümumiyyətlə vəkili olmayıb və iş onun müdafiəçisi olmadan aparılıb.

Vəsatət təmin edilməyib, cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses aprelin 25-də davam etdiriləcək.

İttiham aktına əsasən, hadisə ötən ilin oktyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini G.Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan F.Şaqaliyev tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. 

Son xəbərlər

Orphus sistemi