Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB

Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB “Araz Trans” şirkətinə məxsus “Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində “QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə
30 Mart , 2019 12:23
Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB

“Araz Trans” şirkətinə məxsus “Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində “QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. 

Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş.

Faktla bağlı araşdırma aparılır. 


*** 11:22

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. 

"Report"un xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb. 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

Son xəbərlər

Orphus sistemi