Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu

Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
24 Fevral , 2021 21:47
Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi