Bakıda sərnişin avtobusu piyadanı vurdu

Hadisə
  • 15 fevral, 2020
  • 23:16
Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda bas verib.

Belə ki, 172 saylı sərnişin avtobusu yolu keçən piyada Məmmədov Rahim Əmir oğlunu vurub. Yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov