Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub Hadisə Keşlə qəsəbəsində baş verib
Hadisə
28 Avqust , 2017 02:41
Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

Bakı. 28 avqust. REPORT.AZ/ Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.

"Report" xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi