​Bakıda quldurluq edən dəstə üzvlərinə hökm oxunub

​Bakıda quldurluq edən dəstə üzvlərinə hökm oxunub Məhkəmə prosesi başa çatıb
Hadisə
29 Oktyabr , 2015 14:00
​Bakıda quldurluq edən dəstə üzvlərinə hökm oxunub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəşad Quliyevin evinə maskalı basqın etməkdə, həmçinin digər bir sıra cinayətlərdə təqsirləndirilən Mircavid Mirbağırov, Yaşar Yusifov, Salman Zeynalov, Şamil Quliyev və Mais Abıyevin məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Quliyev 11 il, M.Abıyevlə S.Zeynalov 12 il və M.Mirbağırovla Y.Yusifov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabr ayında baş verib. Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri tutulub. Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat və 200 ABŞ dolları, qızıl əşyalar və ov tüfəngi aparmış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulub.  

Son xəbərlər

Orphus sistemi