Bakıda qonşular arasında dava olub: xəsarət alan var

Hadisə
  • 02 avqust, 2017
  • 02:49
Bakıda qonşular arasında dava olub: xəsarət alan var

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda qonşular arasında dava olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Mövliyev İntiqam Balaca oğlu qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. 

İ.Mövliyev dava zamanı başından ağır zədə alıb.

O, xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.