Bakıda qohumunu öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxunub

Bakıda qohumunu öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxunub Hər iki qardaş 12 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
23 Noyabr , 2016 17:48
Bakıda qohumunu öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxunub

Bakı. 23. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki qardaş 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında V.Yusifov və Z.Yusifovun hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib. Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.

Qeyd edək ki, Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi