Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsib
Hadisə
- 27 fevral, 2017
- 05:32
Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, Rüstəm Rüstəmov küçəsində "makler bazarı" kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını almaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
08:44
Çin duzlu göllərdən litium hasilatında irəliləyiş əldə edib
Digər ölkələr08:18
Bakının bir sıra yollarında tıxac müşahidə edilir
İnfrastruktur08:03
KİV: ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılmasını nəzərdən keçirir
Digər ölkələr07:43
"The Times": Qrenlandiya ilə bağlı saziş Rusiya və Çin layihələrinə qadağanı nəzərdə tutur
Digər ölkələr07:09
Penzada neft anbarına PUA hücumu nəticəsində yanğın baş verib
Region06:34
Tramp Sülh Şurasının Kanadaya göndərilmiş dəvəti geri çəkdiyini bəyan edib
Digər ölkələr06:16
Orban: Yaxın Şərq və Cənubi Qafqazın iştirakı ilə Sülh Şurası daha effektiv ola bilər
Digər ölkələr05:41
Uşakov Putin və Uitkoff arasındakı görüşün nəticələri barədə danışıb
Region05:38