Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib

Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib
Hadisə
10 İyun , 2017 11:21
Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Amanova Bakıda bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. O, aldığı malların sonradan pulunu verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadın dələduzluqda ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi