​Bakıda qıza görə 25 yaşlı oğlanı öldürən şəxsin məhkəməsi başlayıb

​Bakıda qıza görə 25 yaşlı oğlanı öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 5-nə təyin edilib
Hadisə
28 İyul , 2016 10:43
​Bakıda qıza görə 25 yaşlı oğlanı öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. Paytaxt sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Baş verən cinayət hadisəsilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində dərhal araşdırmalara başlanılıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü K.Həsənzadə saxlanılıb.

O, ilkin dindirilmə zamanı qətli qız üstündə törətdiyini bildirib. Belə ki, N.Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb, söhbət edib. Bu zaman K.Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı K.Həsənzadə bıçağa əl ataraq, cinayət törədib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi