Yuxarı

Bakıda Qırğızıstan vətəndaşı tutulub

Faktla bağlı araşdırma aparılır

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda Qırğızıstan vətəndaşı tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nizami rayonunun İ.Məmmədov küçəsində naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinə (PB) təhvil verilib. Onun Qırğızıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi