​Bakıda qəza zamanı sürücü faciəvi şəkildə ölüb - FOTO

​Bakıda qəza zamanı sürücü faciəvi şəkildə ölüb - FOTO Dəmir arakəsmə sürücünü iki yerə bölüb
Hadisə
20 Aprel , 2015 22:54
​Bakıda qəza zamanı sürücü faciəvi şəkildə ölüb - FOTO

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qəza baş verib.

“Report”un məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəza zamanı Biləcəri qəsəbəsi istiqmətində hərəkətdə olan “Hyundai” maraklı minik maşını ötmə əməliyyatı həyata keçirərkən “Mercedes” markalı avtomobil ilə toqquşub və sürücü avtomaşına nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir arakəsmələrə çırpılıb.

Məlumata görə, təxminən 30-35 yaşlarında olan sürücü avtomobilin içinə daxil olan dəmir parçalarının onu iki yerə bölməsi nəticəsində dünyasını dəyişib. Hadisə zamanı “Mercedes”in də sürücüsü xəsarət alıb. Qəza avtomagistralda tıxaca səbəb olsa da, polis əməkdaşları tərəfindən hərəkət qısa zamanda nizamlanıb. Hadisənin başvermə səbəbləri və dünyasını dəyişən sürücünün kimliyi Yasamal rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi