Bakıda qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslər 27 il müddətinə azadlıqdan məhrum ediliblər

Bakıda qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslər 27 il müddətinə azadlıqdan məhrum ediliblər Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
14 İyun , 2017 13:10
Bakıda qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslər 27 il müddətinə azadlıqdan məhrum ediliblər

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirləndirilən - 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Əhmədov 19 il və E.Cəfərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında İ.Əhmədovun 20 il, E.Cəfərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda, "DSK” yolunun yaxınlığında kafedə baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub.

Belə ki, 2017-ci il yanvarın 1-də "DSK" yolunun üzərində 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti küçədə tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ.Əhmədov M.Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R.Ağayev xəstəxanaya yerləşdirilib. İ.Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, E.Cəfərov isə xuliqanlıqda ittiham olunub.

Son xəbərlər

Orphus sistemi