​Bakıda qətldə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Bakıda qətldə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin növbəti prosesi dekabrın 10-da davam etdiriləcək
Hadisə
8 Dekabr , 2015 12:48
​Bakıda qətldə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən Bakı şəhər sakinləri Hacıbağır Bağırov, onun atası Ehtiram Bağırov və Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında dövlət ittihamçısı işlə tanış olmadığını bildirib.

Prokuror məhkəmədən hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Məhkəmənin növbəti prosesi dekabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə. Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi