Bakıda qayınatasını öldürməkdə təqsirləndirilən kürəkənin məhkəməsi başlayıb

Hadisə
  • 31 oktyabr, 2018
  • 07:12
Bakıda qayınatasını öldürməkdə təqsirləndirilən kürəkənin məhkəməsi başlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovu küt alətlə qətlə yetirib. 

44 filmi