Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb

Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb Bakıda qardaşlar avtomobili yandırıb.
Hadisə
195
21 Mart , 2022 11:18
Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb

Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri - R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi