Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
Hadisə
19 Fevral , 2019 13:24
Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə əməliyyat həyata keçirilib.

Nəticədə Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prospektində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

E.Sadıqov barəsində 16-cı polis bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi