Bakıda qanunsuz dərman satan şirkətlərin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib

Bakıda qanunsuz dərman satan şirkətlərin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev, satış təmsilçisi Asim Kərimov, cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslər - Surxay Mustafayev və Zaur Mustafayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
14 Noyabr , 2018 09:38
Bakıda qanunsuz dərman satan şirkətlərin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev, satış təmsilçisi Asim Kərimov, cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslər - Surxay Mustafayev və Zaur Mustafayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Toplanmış ilkin sübutlar əsasında M.Nağıyev, H.Orucov, A.Kərimov, N.Əliyev, K.Məmmədov və digərlərinə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi