Bakıda qadınlar tanışları tərəfindən döyüldü

Hadisə
  • 28 fevral, 2020
  • 07:34
Bakıda qadınlar tanışları tərəfindən döyüldü

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Qazax rayon sakini N.Gülümcanov, Abşeron rayon sakini A.Qasımov və paytaxt sakini E.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Avtomobil və mobil telefon sahibinə qaytarılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.