Bakıda qadınlar ərəb turistlərin 300 dinarını və pasportlarını oğurlayıb

Bakıda qadınlar ərəb turistlərin 300 dinarını və pasportlarını oğurlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Fevral , 2018 16:58
Bakıda qadınlar ərəb turistlərin 300 dinarını və pasportlarını oğurlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb. 

“Report”un məlumatına görə, paytaxtda turist kimi səfərdə olan Bəhreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Ahmed Naser Bahrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yaser Mohomed Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pulları və pasportları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi