Bakıda qadının çantasından oğurluq edən şəxslər “isti izlər”lə saxlanılıblar.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədov olduqları müəyyən edilib.
29-cu Polis Şöbəsində araşdırma aparılır.