Bakıda qadının içərisində pul, qızıl və telefonlar olan çantası əlindən alınıb

Bakıda qadının içərisində pul, qızıl və telefonlar olan çantası əlindən alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2017 16:17
Bakıda qadının içərisində pul, qızıl və telefonlar olan çantası əlindən alınıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda qadının içərisində pul olan çantası əlindən alınıb.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsi 67 ünvanında yerləşən binanın girişində qeydə alınıb. Burada naməlum şəxs pilləkənlərlə qalxan 1960-cı il təvəllüdlü Elmira Məmmədovanı vuraraq içərisində olan 5 000 manat dəyərində qızıl-zinət əşyalarını, 500 manat pul, sənədlər və 2 ədəd mobil telefon olan əl çantasını götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi