Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muxtar Qədimov və Rüfət İsgəndərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Qədimov 20 il, R.İsgəndərov isə 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi, döngə 4, ev 16 ünvanında baş verib. Həmin ünvanda yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini Muxtar Qədimov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb. Onun bu cinayəti sinif yoldaşı Rüfət İsgəndərovla törətdiyi məlum olub.