Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb
Hadisə
- 07 fevral, 2019
- 07:58
Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.
Araşdırma aparılır.
Son xəbərlər
01:18
KİV: P. Diddi Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib
Şou-biznes00:42
Video
Qərbi Azərbaycan Xronikası: Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər
Daxili siyasət00:13
ABŞ-də növbəti şatdaun gözlənilir
Digər ölkələr23:43
Azərbaycanın hava məkanı və ya ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ
Xarici siyasət23:37
Ceyhun Bayramov Əraqçi ilə danışıb: Bölgədə son gərginlik narahatlıq doğurur
Region23:32
Tramp FES-ə yeni sədrin namizədliyini növbəti həftə irəli sürəcək
Digər ölkələr23:23
Türkiyədəki neft emalı zavodunda partlayış baş verib
Region23:23
"Şaquli Qaz Dəhlizi" ölkələrinin enerji nazirləri gələn ay ABŞ-də görüşəcəklər
Energetika23:11