Polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı Daxili İşlər Nazirliyində (DİN) aparılan araşdırma yekunlaşıb.
“Report”un xəbərinə görə, araşdırma nəticəsində Z.Abbasov daxili işlər orqanlarından xaric edilib.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşının onun sənədlərini yoxladığı, şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxladığı və daha sonra “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı.