Bakıda 49 yaşlı qadını avtomobil vurub.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Minik avtomobili yolu keçən 1971-ci il təvəllüdlü Nuriyyə Ağayarovanı vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov