Bakıda qadın sürücü avtomobili aşırıb, xəsarət alanlar var

Bakıda qadın sürücü avtomobili aşırıb, xəsarət alanlar var Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda qadın sürücü avtomobili aşırıb, yaralananlar var.
Hadisə
31 Avqust , 2018 15:47
Bakıda qadın sürücü avtomobili aşırıb, xəsarət alanlar var
Report
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda qadın sürücü avtomobili aşırıb, yaralananlar var.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunun Əliövsət Abdurəhimov küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobilin xanım sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil sağ zolaqda öz yolu ilə gedən "Daewoo" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "Hyundai" bir neçə dəfə çevrilərək aşıb. Daha sonra parkın daş arakəsmələrinə dəyərək dayanıb. Qadın sürücü çoxsaylı xəsarətlər alıb. Toqquşmanın təsirindən yoldan çıxan "Daewoo" səkiyə çırpılaraq dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər cəlb edilib. Yaralı sürücü və sərnişin sıxılaraq qaldığı avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb. Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb

Son xəbərlər

Orphus sistemi