Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb

Hadisə
  • 11 dekabr, 2018
  • 08:14
Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Belə ki, dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.