Prokurorluq: "Bakıda oğul anasını qısqanclıq zəminində öldürüb"
- 20 aprel, 2022
- 11:22
Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan "Report"a daxil olan məlumatda deyilir:
"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
14.20
Bakıda qadın qətlə yetirilib.
"Report"un əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin münaqişə zəminində anası Ülviyyə İsmayılovanı öldürdüyü bildirilir.
Daha sonra İ.Məmmədzadə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq davam edir.
14.04
Bakıda qadın küçədə qətlə yetirilib.
"Report"un xəbərinə görə, hadisə bu gün Nizami rayon ərazisində qeydə alınıb.
Hazırda qadının şəxsiyyəti dəqiqləşdirilir.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təqsdiqləyib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.