Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb

Hadisə
  • 12 iyun, 2018
  • 08:26
Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb

Bakı. 12 iyun. REPORT.AZ/ Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Bütün Xəbər Lenti