Bakıda qaçırılan avtomobil Cəlilabadda satılıb
Hadisə
- 12 mart, 2020
- 05:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda avtomobil oğurlanıb.
“Report”un xəbərinə görə, hadisə ötən il dekabrın 15-i paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs T.Mikayılova məxsus “VAZ-2107” markalı avtomobili qaçırıb.
Daha sonra T.Mikayılov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsi törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Ağayev tutulub.
Araşdırma zaman məlum olub ki, M.Ağayev qaçırdığı avtomobili 4 gün sonra Cəlilabad rayonunda naməlum şəxsə satıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:07
Hikmət Babaoğlu: İnformasiya mühitində həm də manipulyasiya olunmuş məlumatlarla qarşılaşırıq
Media
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə
16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
İncəsənət
16:00
İranın səfiri: Korrupsiya ilə bağlı mübarizədə çoxtərəfli əməkdaşlıq faydalıdır
Xarici siyasət
15:59
Foto
Video
"AzerGold" UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Sənaye
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə
15:56
Foto
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm
15:55
Oman korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr