Bakıda 44 yaşlı kişi itkin düşüb.
“Report”un xəbərinə görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicə alan 1975-ci il təvəllüdlü Zaur Baxışov xəstəxanadan icazəsiz çıxıb və itkin düşüb.
Hüquq-mühafizə orqanları Z.Baxışovun axtarışlarını aparır.