Bakıda polisin keçirdiyi əməliyyat zamanı evdən silah və narkotik vasitələr aşkar edilib

Bakıda polisin keçirdiyi əməliyyat zamanı evdən silah və narkotik vasitələr aşkar edilib Nərimanov RPİ-də araşdırma aparılır
Hadisə
16 Mart , 2017 12:25
Bakıda polisin keçirdiyi əməliyyat zamanı evdən silah və narkotik vasitələr aşkar edilib

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda polisin keçirdiyi əməliyyat zamanı evdən silah və narkotik vasitələr aşkar edilib.

"Report" xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı, Bakı şəhər sakini Vasif Abbasovdan tiryək və müxtəlif 9 adda həb və maye şəklində olan narkotik vasitələr aşkar edilib. 

V.Abbasovun mənzilinə baxış zamanı evdən 1 kiloqram tiryək və nömrəsi silinmiş "Naqan" markalı tapança aşkar edilərək götürülüb.

Nərimanov RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi