Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb

Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb.
Hadisə
23 İyun , 2022 11:20
Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb

İunun 22-si saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində “Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, polis əməkdaşlarında Bakı şəhər sakini, sürücü Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi