Bakıda polis tapança ilə gəzən şəxsi tutub

Bakıda polis tapança ilə gəzən şəxsi tutub Bakıda polis tapança ilə gəzən şəxsi tutub.
Hadisə
21 Mart , 2023 11:11
Bakıda polis tapança ilə gəzən şəxsi tutub

Bakıda polis tapança ilə gəzən şəxsi tutub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi