Yuxarı

​Bakıda polis maşınının iştirakı ilə qəza baş verib, 4 nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 27 iyul. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonunda üç avtomobil toqquşub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Z.Bünyadov prospekti 28 ünvanda qeydə alınıb.

Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Yavər Həsənovun idarə etdiyi “KamAZ”, 1965-ci il təvəllüdlü Seyfəddin Əzizovun idarə etdiy “Nissan” və 1965-ci il təvəllüdlü İlqar Muradovun idarə etdiyi DİN-in Baş Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı avtomobillər toqquşub.

S.Əzizov, sərnişinləri 1963-cü il təvəllüdlü Çimnaz Əzizova, 1971-ci il təvəllüdlü Gülnaz Kazımova və 2004-cü il təvəllüdlü Nərmin Kazımova xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi