Bakıda polis xidmət zamanı bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda polis xidmət zamanı bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB Yaralı DİN-in Hospitalına yerləşdirilib
Hadisə
18 Aprel , 2017 10:01
Bakıda polis xidmət zamanı bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** saat 00:18

Bakı. 18 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.

Hadisə polis əməkdaşları Post Patrul Xidməti maşını ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli "Lada Qranta" markalı avtomobil görərək ona yaxınlaşıblar. İnsident maşında oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Maşında olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.

Yaralı DİN-in Hospitalına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi