​Bakıda polis digər polisi avtomobillə vuraraq qaçıb

​Bakıda polis digər polisi avtomobillə vuraraq qaçıb Polis serjantı Aydın Babayev saxlanılıb
Hadisə
24 Avqust , 2015 13:24
​Bakıda polis digər polisi avtomobillə vuraraq qaçıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda polis idarə etdiyi avtomobillə həmkarını vurub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi