​Bakıda polis binasında yanğın olub

​Bakıda polis binasında yanğın olub Faktla bağlı araşdırma aparılır
Hadisə
125
25 Noyabr , 2015 13:35
​Bakıda polis binasında yanğın olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən Çevik Polis Alayının 7-ci bölüyünün inzibati binasında yanğın olub.

“Report”un xəbərinə görə, binanın ikinci mərtəbəsində başlayan yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub. Hadisə nəticəsində binada olan bir neçə stol, stul, şkaf və digər mebel əşyaları yanıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi