Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb
Hadisə
- 24 yanvar, 2017
- 07:54
Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub.
Onun hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.
Son xəbərlər
05:41
Litva Prezidenti Ukraynadakı müharibə ilə bağlı sülh danışıqlarından danışıb
Digər ölkələr05:10
Orban xalqa müraciət edib: Qorxmalı olduğumuz Şərq deyil, Brüsseldir
Digər ölkələr04:50
Rubio: ABŞ Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyə davam edəcək
Digər ölkələr04:17
"Axios": Tramp və Netanyahu ABŞ-ın İrana təzyiqini artırmaq barədə razılığa gəliblər
Digər ölkələr03:44
ABŞ-nin NATO-dakı səfiri: Amerika hərbçiləri Avropanı tərk etməyəcək
Digər ölkələr03:13
Danimarkanın Baş naziri: Qrenlandiya satılmır və pulla ölçülmür
Digər ölkələr02:37
Foto
Video
Belqradda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
Digər ölkələr02:09
İsveçrə XİN Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarını təsdiqləyib
Digər ölkələr01:37