Bakıda partlayışda xəsarət almış şəxs vəfat edib

Bakıda partlayışda xəsarət almış şəxs vəfat edib Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Yanvar , 2018 10:26
Bakıda partlayışda xəsarət almış şəxs vəfat edib

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən həftə metronun “28 may” stansiyasının yaxınlığında "Fərəh" MTK-ya məxsus binada baş vermiş partlayışda xəsarət almış Zahid Mahmudov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

“Report”un xəbərinə görə, həkimlər onun həyatını xilas edə bilməyib.

Xatırladaq ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi